Avropa Parlamenti Rusiyaya qarşı sanksiyaları 6 ay da uzatdı
Avropa Parlamenti (AP) Avropa İttifaqının (Aİ) beynəlxalq hüququ pozmağa davam etməsi halında Rusiyaya yeni sanksiyalar tətbiq etməyə qarşı qərarını qəbul edib.

Fransanın Strasburq şəhərində toplanan Avropa Parlamenti Baş idarəsində 163 "əleyhinə", 89 "bitərəf", 402 "lehinə" səsi ilə qəbul edilən qərarda bildirilir:

"Rusiya Ukraynanın ərazi bütövlüyünü təmin etməlidir.

2015-ci ildən bu yana Rusiyanın Suriyadakı əməliyyatları, Liviya və Afrika ölkələrinin daxili məsələlərinə qarışması və Ukraynada stabilliyi pozması bir çox məsələ kimi Avropa İttifaqı ilə Rusiya arasında gərginliyi artırır.

Sanksiyalar Rusiya tərəfindən yaradılan təhdidlərlə mütənasib şəkildə həyata keçirilməlidir. Aİ Rusiya ilə tərəfdaşlıq və əməkdaşlıq müqaviləsinə yenidən baxmalıdır. Rusiya Minsk müqaviləsini tam yerinə yetirərsə, Rusiya ilə Avropa İttifaqı arasında yaxın əlaqələr mümkün ola bilər.

Rusiyanın Şimali Koreya, İran, Venesuela və Suriyaya dəstək verməsindən narahatıq.

Həmçinin Rusiyanın Aİ ilə üzv ölkələr arasındakı gərginliyi artırmağı hədəfləyən kiber hücumları və səhv məlumatlandırma kampaniyalarını qınayırıq.”

Beləliklə, Avropa İttifaqı 2018-ci ilin iyun ayında Ukraynada stabilliyi pozduğu üçün Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini yenə 6 ay uzatmağa qərar verib.

Mənbə: trt.net.tr
Print Email
FaceBook Twitter Google