Qazaxıstan parlamenti paytaxtın adının Nursultan olması təklifini qəbul edib
Bu gün Qazaxıstan parlamenti ölkənin paytaxtı Astananın adının birinci prezident Nursultan Nazarbayevin şərəfinə dəyişdirilməsi təklifini 2-ci oxunuşda qəbul edib .

Bu barədə məlumatı RİA yayıb.

İndi növbə prezident səlahiyyətlərini icra edən Jomart Tokayevin qərarı imzalamasındadır.

Paytaxtın adının dəyişdirilməsi təklifini də elə dünən Tokayevin özü verib.

Nursultan Nazarbayev martın 19-u xalqa müraciətində istefasını elan edib. O, 29 il idi ki, ölkəni idarə edirdi. N.Nazarbayev Qazaxıstanın ilk prezidenti idi.


Print Email
FaceBook Twitter Google