Dalğalar Qara Dənizin Rumıniya sahillərinə külli miqdarda kokain çıxarıb
Rumıniya hüquq mühafizəçiləri Qara Dəniz sahillərində irimiqyaslı axtarış aparırlar. Polis artıq burada bir neçə bağlama kokain aşkarlayıb ki, bunun da çəkisi 130 kq-dan artıqdır. Axtarış əməliyyatlarına 300 hüquq mühafizəçisi və 14 sahil mühafizə gəmisi qoşulub. Bu barədə məlumatı BBC yayır.

Polis əhalini hər hansı bir bağlama tapdığı təqdirdə hüquq mühafizəçilərinə müraciət etməyə və özlərində saxlamamağa çağırıb.

Dalğaların sahilə çıxardığı kokainin iki həftə əvvəl tərk edilmiş gəmidən gəldiyi güman olunur. Qeyd edək ki, həmin gəmidə 1 tona qədər kokain aşkarlanmışdı. Hadisə ilə bağlı iki Serbiya vətəndaşı saxlanılıb.

Bu Rumıniyada külli miqdarda narkotik vasitənin aşkarlandığı ilk hadisədir. BBC-nin məlumatına görə, bu marşrutdan Cənubi Amerikadan Avropaya narkotik vasitələrin daşınması üçün fəal şəkildə istifadə olunur.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google