Türkiyədə “İŞİD” ilə əlaqədə olması ittihamı ilə 10 xaricini saxlayıblar, onlar arasında biri Gürcüstan vətəndaşıdır (VİDEO)
Türkiyənin İzmir şəhərində terror təşkilatı “İŞİD” ilə əlqədə olması ittihamı ilə 10 nəfər xarici vətəndaşı saxlayıblar, onlar arasında biri Gürcüstan vətəndaşıdır. Bu haqda məlumatı türk yayımı Daily Sabah yayımlayır.

Onların məlumatına görə, saxlanılan on nəfərdən doqquzu Suriyalı, biri isə Gürcüstan vətəndaşıdır. Məlumata görə saxlanılanların Suriyada “İŞİD” terrorçuları ilə əlaqəsi var imiş.

Mənbə: İnterPressNews

Print