Banqladeşdə direktoru seksual sıxışdırmaya görə şikayət edən qızı yandırıblar
Banqladeşdə 19 yaşlı Nasra Cahan Rəfi məktəb direktorunu seksual sıxışdırmaya görə şikayət edib və onu təhsil müəssisəsinin damında diri-diri yandırıblar. Bu haqda məlumatı BBC yayımlayır.

Teleşirkətin məlumatına görə, martın 27-də Nasra bildirib ki, məktəb direktoru onu ofisə çağırıb və seksual olaraq sıxışdırıb, o isə qaça bilib. 19 yaşlı qız ailə üzvləri ilə birgə polisə şikayət edib və müdafiə tələb edib. Onu sorğulayan polis ofisseri öz mobi telefonu ilə video çəkib. Sonradan həmin video yerli mediyada yayımlanıb.

Yayılan videoda görsənir ki, qız qorxub və əlləri ilə üzünü gizlətməyə çalışır. Polis ofisseri isə deyir ki, “böyük iş deyil” və əlini üzündən çəkməyi xahiş edir. 27 martda qızın bəyanatından sonra məktəb direktorunu tutblar.

Aprelin 6-da Nasra final imtahanlarını vermək üçün məktəbə gedib. Ondan məktəbin həyətində iki şagird xahiş edib ki, dostunun köməyi ilə dama çıxsın. Damda onu beş adam qarşılayıb. Ondan şikayətini geri götürməyi təlb ediblər. Etiraz etdiyi halda isə onu yandırıblar.

Nasra xəstəxanaya yerləşdirilib. Onun bədəninin 80 faizi yanıbmış və nəticədə 10 areldə o, vəfat edib. Əhali müttəhimlərin cəzalandırılması tələbi ilə etiraz aksiyaları keçirib. Polis bu işlə bağlı 15 nəfəri saxlayıb, onlardan ikisi Nasranın məktəbinin şagirdləridir. Polis isə onu ifadə verən zaman çəkib və onu başqa şöbəyə keçiriblər.

Mənbə: On
Print Email
FaceBook Twitter Google