Misirdə qatar relsdən çıxıb, xəsarət alanlar var
Misirin Kafr əş-Şeyx əyalətində sərnişin qatarı qəzaya uğrayıb.

"Marneuli" Radiosunun verdiyi xəbərə görə, bu barədə “Masravi” portalı məlumat yayıb.

Qatarın bir neçə vaqonunun relsdən çıxması nəticəsində təxminən 30 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
İnsidentin səbəbi hələ ki məlum deyil. Araşdırma aparılır.

Mənbə: ona.az
Print Email
FaceBook Twitter Google