Ankarada şəhidin dəfn mərasimində Kamal Kılıçdaroğluna hücum edilib (VİDEO)
Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP)
sədri Kamal Kılıçdaroğlu Ankarada hücuma məruz qalıb.
"Marneuli" Radiosu ONA-ya istinadən verdiyi məlumata görə, hadisə
Ankaranın Çubuk rayonunda Hakkaridə PKK terrorçuları tərəfindən
şəhid edilən hərbçi Yener Kırıkçının dəfni mərasimində baş
verib.
Bir qrup CHP liderinə qarşı şüarlar səsləndirib. Gərginlik dəfn
mərasiminin sonunda daha da artıb, qrup K. Kılıçdaroğluna hücum
çəkib. Mühafizəçilərin səylərinə baxmayaraq, CHP liderinə yumruq
zərbələri endirilib. Polisin müşayiəti ilə K. Kılıçdaroğlu
yaxınlıqdakı bir evə gətirilib. Qrup evə daş-kəsək atıb.
Polis CHP sədrini qəzəbli kütlədən qorumağa çalışb. Evin qarşısına
bir zirehli maşın da gətirilib.
Hadisə ilə bağlı Ankara Baş Prokurorluğu cinayət işi açıb,
araşdırma aparılır.