İŞİD Şri-Lankada baş vermiş hücumlara görə məsuliyyəti öz üzərinə götürüb
İŞİD terror
təşkilatı Şri-Lankada baş vermiş hücumlara görə məsuliyyəti öz
üzərinə götürüb.
Bu barədə məlumatı İŞİD-ə bağlı informasiya agentliyi yazıb.
Şri-Lankada kilsə və mehmanxanalara hücum nəticəsində ölənlərin
sayı 310-a çatıb. 500 nəfərdən artıq adam isə yaralanıb.
BBC-nin yazdığına görə, ölənlər arasında xarici ölkə vətəndaşları
da var.
Məlumata görə, baş vermiş hadisə ilə bağlı polis 40 nəfəri
saxlayıb.
Şri-Lankada partlayışlar bazar günü yerli katoliklər Pasxa
bayramını qeyd edərkən baş verib.