Gürcüstanda Ramazan ayı nə vaxt başlayır

Gürcüstanda Ramazan ayının ilk günü mayın 6-na təsadüf edəcək. Bu barədə məlumatı "Marneuli" Radiosu ilə söhbəti zamanı Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov dedi. Onun sözlərinə görə may ayının 5-i axşamı niyyət axşamı, Ramazanın ilk günü isə may ayının 6-sıdır. Onu da bildirdi ki, Ramazan Ay təqvimi əsasında olduğundan daha dəqiq ayın görünməsi ilə müəyyən olacaq.

İgidov onu da əlavə etdi ki, hər hansı səbəblərə görə oruc tutulmayan günlər Ramazan ayı başlayana kimi mütləq tutulmalıdır. Əgər yenə də həmin günlər gecikdirlərsə, və yaxud tutulmadığı təqdirdə onun qəzası var və o mütləq yerinə yetirilməlidir.

İgidov onu da əlavə etdi ki, Ramazanda tutulmayan orucun qəzası mütləq ödəniməlidir və növbəti ramazana qədər həmin günlər mütləq tutulmalıdır.

Onu da bildirək ki, İslam dinində Ramazan ayı ən şəfqətli və ən müqəddəs aylardan biri hesab edilir. Onu “on bir ayın sultanı” da adlandırırlar. Orucluq hicrinin ikinci ilində Məhəmməd peyğəmbər tərəfindən Mədinədə bu məqsəd üçün Ramazan ayı təyin olandan öz tarixini başlayır. Məhz Ramazan ayının axırıncı on gecələrinin birində Quran nazil olmuşdur. Deyilənə görə, bu həmin ayın ya 22-dən 23-nə, ya da 26-dan 27-nə keçən gecə baş vermişdir. Bu gecə "Leylət al-Qədr" – qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqda belə yazılır: "Qədr gecəsi min aydan daha xeyirlidir! O gecə mələklər və ruh Rəbbinin izni ilə hər bir işdən dolayı yerə enərlər. O gecə dan yeri sökülənə kimi salamatlıqdır!"

Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ilində təyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları təmiz vicdanlı olmağa yönəldir və bu da oruc tutmaqla ifadə olunur. Oruc ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər.

Print Email
FaceBook Twitter Google