Azərbaycan Gürcüstanla ticarət dövriyyəsində artım qeydə alınıb
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan qonşu ölkələrlə 1 mlrd. 858,166 mln. ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı aparıb.

"Marneuli" Radiosu "Report"-a istinadən xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən xəbər yayır. Bu, 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 510,530 mln. dollar və ya 37,9% çoxdur.

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin həcmi 172,669 mln. dollar təşkil edib. Bu, 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 61,199 mln. dollar və ya 55% çoxdur.

Gürcüstanla ticarət dövriyyəsinin 159,021 mln. dolları ixracın, 13,648 mln. dolları isə idxalın payına düşüb. Nəticədə bu müddət ərzində 145,373 mln. dollar müsbət saldo yaranıb ki, bu da 2018-ci ilin yanvar-mart ayları ilə müqayisədə 63,768 mln. dollar və ya 78,1% çoxdur. Azərbaycan Gürcüstanla ticarət dövriyyəsinin payı ümumi xarici ticarətdəki dövriyyəsinin 2,3%-nə bərabərdir.

Qeyd edək ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın qonşu ölkələri arasında ən böyük ticarət tərəfdaşı Rusiyadır. Ən kiçik ticarət tərəfdaşı isə Türkmənistan olaraq qalmaqdadır.
Print Email
FaceBook Twitter Google