Azərbaycan Gürcüstanla ticarət dövriyyəsində artım qeydə alınıb
00:38 / 28.04.2019
Bu
ilin yanvar-mart ayları ərzində Azərbaycan qonşu ölkələrlə 1 mlrd.
858,166 mln. ABŞ dolları dəyərində xarici ticarət əməliyyatı
aparıb.
"Marneuli" Radiosu "Report"-a istinadən xəbər verir ki, bu barədə
məlumatı Azərbaycan Dövlət Gömrük Komitəsinin statistik
məlumatlarına istinadən xəbər yayır. Bu, 2018-ci ilin yanvar-mart
ayları ilə müqayisədə 510,530 mln. dollar və ya 37,9% çoxdur.
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın Gürcüstanla ticarət
dövriyyəsinin həcmi 172,669 mln. dollar təşkil edib. Bu, 2018-ci
ilin yanvar-mart ayları ilə müqayisədə 61,199 mln. dollar və ya 55%
çoxdur.
Gürcüstanla ticarət dövriyyəsinin 159,021 mln. dolları ixracın,
13,648 mln. dolları isə idxalın payına düşüb. Nəticədə bu müddət
ərzində 145,373 mln. dollar müsbət saldo yaranıb ki, bu da 2018-ci
ilin yanvar-mart ayları ilə müqayisədə 63,768 mln. dollar və ya
78,1% çoxdur. Azərbaycan Gürcüstanla ticarət dövriyyəsinin payı
ümumi xarici ticarətdəki dövriyyəsinin 2,3%-nə bərabərdir.
Qeyd edək ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın qonşu
ölkələri arasında ən böyük ticarət tərəfdaşı Rusiyadır. Ən kiçik
ticarət tərəfdaşı isə Türkmənistan olaraq
qalmaqdadır.