Təbrizin simvolu olan tarixi bazarda yanğın baş verib
Təbrizdəki tarixi bazarda yanğın baş verib, ilk məlumatlara görə yanğın nəticəsində 29 adam yaralanıb,100-dən çox mağazaya ziyan dəyib.

İran Tələbə İnformasiya Agentliyi “ISNA”ın məlumatına görə Təbriz Tibb Fakültəsi Təcili Yardım Bölməsinin rəhbəri Fərzad Rəhmani, gecə radələrində baş verən yanğında 19-u yanğın söndürmə işçisi olmaqla 29 nəfərin yaralandığını bildirib.

Təbrizli mənbələrdən yayılan bəyanatlarda isə saat 22-də baş verən yanğının ancaq 8 saat ərzində nəzarətə alındığı 100-dən çox dükana ziyan dəydiyi bildirilir. İlk məlumatlara görə yanğın kosmetika mağazalarından birində baş verib.

Təbriz şəhərinin simvol abidələrindən biri hesab idilən 10 əsrlik bazar dünyanın ən böyük üstü örtülü ticarət mərkəzidir.

2010-cu ildə YUNESKO-nun Dünya İrsi Siyahısına salınan bazarda 5500 mağaza var.


Mənbə: trt.net.tr
Foto MEHR xəbər agentliyindən götürülüb
Print