ABŞ-da 2 təyyarə toqquşdu, 5 nəfər həlak oldu
Amerikanın Alyaska ştatında iki hidrotəyyarənin
toqquşması nəticəsində biri pilot, 4-ü sərnişin olmaqla 5 nəfər
həyatını itirib.
Amerika mətbuatında yayılmış xəbərlərə görə, təyyarələr
ekskursiyadan qayıdarkən Ketçikan şəhəri yaxınlığında toqquşub. ABŞ
Sərhəd Mühafizəsindən yayılan məlumatda bildirilib ki, hadisə
nəticəsində 10 nəfər yaralanıb, 1 nəfər isə itkin düşüb. İki
təyyarənin göyərtəsində ümumilikdə 16 nəfər olub.