İdlibdə yaşayış məntəqələrinə hücum nəticəsində dinc vətəndaşlardan 3-ü həlak olub
Suriyada Bəşər Əsəd rejimi və dəstəkçilərinin
“İdlib deeskalasiya bölgəsi” sərhədləri daxilindəki yaşayış
məntəqələrinə hücumları nəticəsində
dinc
vətəndaşlardan 3-ü həlak olub, 7-si isə xəsarət alıb.
Mülki Müdafiə (Ağ dəbilqəlilər) qaynaqlarından əldə edilən məlumata
görə, Əsəd rejiminin İdlibin cənub-şərqindəki Cisır əs Suqur
qəsəbəsinə bombalı hücumu nəticəsində dinc vətəndaşlardan 3-ü həlak
olu, 7-si isə xəsarət alıb.
Türkiyə, Rusiya və İran 4-5 may 2017-ci il tarixində o dövrdəki adı
ilə Astana olan Nur-Sultandakı yığıncağnda İdlib və ətrafını “
İdlib deeskalasiya bölgəsi” elan etmişdi.
Türkiyə və Rusiya rejim qüvvələrinin bu çirçəvidə başladılan
atəşkəs prosesini pozan hücumlarına görə sözügedən bölgə üçün əlavə
bir razılaşma imzalamışdı.
Rejim, dəstəkçilərinin yardımı ilə 17 sentyabr 2018-ci ildə Soçidə
imzalanan razılaşmaya baxmayaraq hücumlarını davam etdirir.
Astana razılaşmaları çərçivəsində Rusiya və İranın da bölgədəki
atəşkəs prosesini qoruma məsuliyyəti var.
Mənbə: trt.net.tr