Türkiyə Böyük Millət Məclisində terror aktı törətmə cəhdinin qarşısı alındı
Türkiyə Böyük Millət Məclisində (TBMM) terror aktı törətmə cəhdinin qarşısı alındı.

TBMM-nin qonaq zalına girən iki şəxs burada olan məclis işçilərini əsir almağa çalışdı.

Hadisəyə müdaxilə edən təhlükəsizlik əməkdaşları terror təşkilatı DHKP-C-yə aid olduqları müəyyən edilən şəxsləri terror aktı törətmədən yaxalaya bildilər.

Şübhəlilərin üstündə olan bomba şəkli verilmiş qutular ələ keçirildi.

Yaxalananların terrorla bağlı axtarışda olduqları müəyyən olundu.

Mənbə: trt.net.tr
Print