ABŞ İraqdakı diplomatlarını geri çağırır
Bu
barədə ABŞ-ın Bağdadda yerləşən səfirliyi məlumat
yayıb.
ABŞ Dövlət Departamenti fəaliyyətləri operativ xidmətlərlə bağlı
olmayan bütün dövlət qulluqçularının İraqı tərk etməsi barədə
göstəriş verib.
Bu barədə ABŞ-ın Bağdadda yerləşən səfirliyi məlumat yayıb.
Mәlumata görә, bu qәrara sәbәb İran vә Basra körfәzindә artan
gәrginlik olub.
‘‘ABŞ Dövlət Departamenti fəaliyyətləri operativ
xidmətlərlə bağlı olmayan bütün dövlət qulluqçularının İraqı tərk
etməsi barədə göstəriş verib’’, - deyә mәlumatda qeyd
olunub.
Bir qədər əvvəl Amerika Birlәşmiş Ştatlarının Bağdaddakı
sәfirliyindәn verilәn açıqlamada ABŞ vәtәndaşlarına artan gәrginlik
sәbәbindәn İraqa sәyahәt etmәmәlәri ilә bağlı xәbәrdarlıq
edilib.
Mənbə: trt.net.tr