ABŞ İraqdakı diplomatlarını geri çağırır
Bu barədə ABŞ-ın Bağdadda yerləşən səfirliyi məlumat yayıb.
ABŞ Dövlət Departamenti fəaliyyətləri operativ xidmətlərlə bağlı olmayan bütün dövlət qulluqçularının İraqı tərk etməsi barədə göstəriş verib.

Bu barədə ABŞ-ın Bağdadda yerləşən səfirliyi məlumat yayıb. Mәlumata görә, bu qәrara sәbәb İran vә Basra körfәzindә artan gәrginlik olub.

‘‘ABŞ Dövlət Departamenti fəaliyyətləri operativ xidmətlərlə bağlı olmayan bütün dövlət qulluqçularının İraqı tərk etməsi barədə göstəriş verib’’, - deyә mәlumatda qeyd olunub.

Bir qədər əvvəl Amerika Birlәşmiş Ştatlarının Bağdaddakı sәfirliyindәn verilәn açıqlamada ABŞ vәtәndaşlarına artan gәrginlik sәbәbindәn İraqa sәyahәt etmәmәlәri ilә bağlı xәbәrdarlıq edilib.

Mənbə: trt.net.tr
Print