İraqda bombalı hücum nəticəsində ölən və yararılar var
İraqda bombalı hücum nəticəsində 5 nəfər həlak olub, 8 nəfər yaralanıb.

İraqın Müdafiə Nazirliyinin yazılı açıqlamasında bildirilib ki, Mosula bağlı Rabia qəsəbəsindəki Uveyne kəndinin mərkəzində bomba yerləşdirilmiş maşının partladılması nəticəsində mülki vətəndaşlardan 5 nəfər həlak olub, 3-ü ağır 8 vətəndaş isə yaralanıb. Təhlükəsizlik qüvvələri bölgədə tədqiqat başladıb. Hadisənin məsuliyyətini üzərinə götürən olmayıb.

İraqın kənd ərazilərindəki oxşar hadisələrdə şübhələr terror təşkilatı DEAŞ ətrafında güclənməktədir.

DEAŞ İraqın başda Kərkük olmaqla Mosul, Ənbar, Səlahəddin və Diyalə vilayətlərində zaman-zaman təhlükəsizlik qüvvələrini hədəf götürən hücumlar həyata keçirir.

Mənbə: trt.net.tr
Print