Türkiyə Kuba ilə əməkdaşlıq edərək xərçəng peyvəndi istehsalına başlayır
Türkiyə xərçəng peyvəndi və həmin
xəstəliyin müalicəsində istifadə olunan dərmanların istehsalında
Kuba ilə əməkdaşlıq edəcək.
Səhhiyə nazirliyindən mövzu ilə əlaqəli
məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, nəzərdə tutulan sahədə
əməkdaşlıq müqamizəsi imzalamaq üzrə Kubadan nümayəndə heyəti bu
həftə ölkəmizdə səfərdə olacaq.
Nazirliyin açıqlamasına görə Səhiyyə naziri Fahrəddin Koca, 72-ci
Dünya Sağlamlıq Assambleyasına qatılmaq üçün getdiyi Cənəvrə
şəhərində Kubalı həmkarı Jose Angel Portal Miranda ilə bir araya
gəlib. Yığıncaqda, infeksiya, xərçəng peyvəndi və istifadə edilən
dərmanların birgə istehsal edilməsi qərarına gəlinib.
Səhiyyə naziri Koca mövzu ilə əlaqəli açıqlamasında: “əsas
məqsədimiz peyvənd, qan məhsulları, tibbi ləvazimat istehsalı
sahəsində özüzə kifayət edəbiləcək ölkə və qlobal bazarlarda bu
sahədə rəqabət gücünə sahib olmaqdır”.
Kocanın sözlərinə görə 72-ci Dünya Sağlamlıq Assambleyası
çərçivəsində baş tutan danışıqlar nəticəsində İndoneziya və
Qırğızıstan ilə də səhiyyə sahəsində əmikdaşlıq edilməsini nəzərdə
tutan müqavilələr imzalanıb.
Mənbə: trt.net.tr