Xəbərlər
Vladimer Zelenski Mixeil Saakaşvilinin Ukrayna vətəndaşlığını qaytarıb
Ukraynanın yeni seçilmiş prezidenti Vladimer Zelenski Odessanın keçmiş qubernatoru və Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşviliyə Ukrayna vətəndaşlığını qaytarıb. Bu haqda Ukrayna prezidentinin veb-saytında məlumat yayımlanıb.

22 mayda Mixeil Saakaşvili Vladimer Zelenskiyə məktubla müraciət edib və Ukrayna vətəndaşlığını qaytarmağı istəyib. Məktubda vətəndaşlığın alınması qərarını Saakaşvili “qanunsuz” adlandırıb. Çünki onun sözlərinə görə, Ukrayna konstitusiyası mövcud metodla vətəndaşlığın alınmasını qadağan edir. Saakaşvilinin bəyanatına görə, beynəlxalq hüquqla insanın vətəndaşlıqdan kənar qoyulması yolverilməzdir.

Mixeil Saakaşvili Ukrayna przidentinin qərarına öz facebook səhifəsində rəy bildirib:
“Prezident Zelenski çox sağ ol, yaşasın Ukrayna”, - Saakaşvili yazır.
Ukrayna prezident seçkilərinin birinci turu zamanı Vladimer Zelenski Gürcüstanın İctimai Yayımçısının jurnalistinin sualına cavab olaraq deyib ki, Mixeil Saakaşvili ciddi diplomatdır, onun Ukrayna vətəndaşlığı alınıbsa geri qaytarılmalıdır.
Mixeil Saakaşvilinin Ukraynda işi  Ukraynanın hüquq mühafizə orqanları Mixeil Saakaşvili ilə biznesmen Sergey Kurçenkodan yarım milyon dollar almaqda mübahisə edirlər.

İstintaq hesab edirdi ki, Saakaşvili bu məbləğdən etiraz aksiyalarını planlaşdırmaq üçün istifadə edib.
2018-ci ilin 12 fevralında Saakaşvili Ukraynada, restoranda saxlanılıb. Ukraynanın sərhəd xidməti məlumat yayıb ki, onu readmissiya prinsipi ilə Polşaya qaytaracaqdılar, həmin ölkədən o, Ukraynaya daxil olmuşdu.


Saakaşvilinin sözlərinə görə, onu Ukrayna hüquq orqanları güc tətbiq edərək təyyarəyə mindiriblər və elə Polşaya göndəriblər. Sonradan Saakaşvili Polşadan Hollandiyaya keçib. Orada vətəndaşlıq və Avropa İttifaqı ölkələrində yaşamaq və çalışmaq hüququ qazanıb.
Ukraynaya daxil olmaq Saakaşviliyə 2021-ci ilin 13 fevralına qədər qadağan olunmuşdu.
ICON_SEP Print ICON_SEP