Həbsxanada azı 40 məhbus boğularaq öldürülüb
Mayın 27-də Braziliyanın Manaus şəhərində dörd həbsxanada azı 40 məhbus boğularaq öldürülmüş vəziyyətdə aşkarlanıb. Bir gün öncə isə rəqib həbsxana bandaları arasında dava-dalaşda 15 nəfər öldürülüb.

Hakimiyyət zorakılığı dayandırmaqdan ötrü Manaus şəhərinə xüsusi qüvvə göndərib.

Braziliya həbsxanalarında toqquşmalar adətən sürətlə yayılır, narkobandalar həbsxanaların, demək olar, hamısına de fakto nəzarət edir.

Penitensiar departamentin bəyanatına görə, boğularaq öldürülən məhbusların hamısı mayın 27-də dünyasını dəyişib. O zaman polis artıq həbsxanalara nəzarəti itirmişdi.

Mayın 27-də axmasa doğru dörd həbsxanaya nəzarətin ələ alındığı bildirilib.

Braziliyanın ifrat-sağçı Prezidenti Jair Bolsonaro həbsxanalara nəzarəti ələ alacağını, həmçinin daha çox həbsxana tikəcəyini deyib.

Mənbə: azadliq.org
Print