Sudanda nümayişin dağıdılması nəticəsində ölənlərin sayı 60-a çatıb
Sudanda nümayişin dağıdılması nəticəsində ölənlərin sayı 60-a çatıb. Həkimlərin bildirdiyinə görə, paytaxt Xartumda təhlükəsizlik qüvvələri tərəfindən nümayişçilərə odlu silahdan da atəş açılıb.

Keçici Hərbi Şuranın binası qarşısındakı etiraz aksiyaları aprel ayının əvvəllərindən davam edirdi. Sakinlər demokratik hakimiyyət tələbi ilə dinc aksiya keçirirdi. Lakin hazırda Sudana rəhbərlik edən Hərbi Şura nümayişçiləri dağıtmağa qərar verdi və sakinlərə 9 aydan sonra növbədənkənar seçkilərin keçiriləcəyini vəd etdi.

Qeyd edək ki, Keçici Hərbi Şura iki ay əvvəl Sudan prezidenti Ömər əl-Bəşiri vəzifəsindən uzaqlaşdırıb. Əl-Bəşir ölkəyə 30 il ərzində rəhbərlik edib.

Mənbə: İnterPressNews
Print