Saakaşvili: İvanişvilini uzaqlaşdırmalıyıq, indi əsas məqsəd budur
21:35 / 20.06.2019
Gürcüstanın
keçmiş prezidenti Mixeil Saakaşvili Ukraynadan video müraciət
yayımlayır və deyir ki, Rusiyanın Düma
deputatı
Sergey Qavrilovun ətrafında Gürücstanda
yaranmış vəziyyətdən müxalifət birləşmək üçün istfadə
etməlidir.
“Bu gün Gürcüstanda baş verən Gürcüstanın, onun simvolunun təhqir
edilməsinin son nöqtəsi idi. Bu son illərdə İvanişvilinin həyata
keçirdiyi siyasətin nəticəsidir. Bu qorxaq adamdır, Moldovalı
həmkarı Plaxatnyuku gördü və qaçdı, ona qədər Poroşenko məğlub oldu
və onun da sırası gələcək, indi hər növ alçaqlıq törətməyə
hazırdır” – Saakaşvili bildirib və 20 iyunda öz Facebook
səhifəsində yayımlayıb.
Gürcüstanın keçmiş przidenti hamını birləşməyə və hakimiyyətdən
İvanişvili komandasının çıxarılmasına çağırıb.
“Biz ona heç bir halda buradan qaçmaq, manevr imkanı verməməliyik.
İndi bütün müxalif güclər birləşməlidir. O, indi çalışdı ki, hamı
ilə ayrılıqda danışsın. O, keçən il olduğu kimi birinci turdan
sonra etdiyi kimi özünü doğrultmağa çalışacaq. Bunların hamısı
yalandır.
Siz ki, bilirsiniz bütün pisliklərin başı yalnız bir şeydir – bu
oliqarx İvanişvilidir. Oliqarx İvanişvilinin uzaqlaşdırılması
olmadan Gürcüstanda heç nə olmayacaq. Ona görə də mən düşünürəm ki,
bizə birlik lazımdır. Biz heç bir halda ondan əl çəkməməliyik,
maksimum konsolidasiya etməliyik ki, xalq hər tərəfdən birləşsin və
bir yumruq olaq, sakit şəkildə onu uzaqlaşdıraq və sonra bütün
hakimiyyəti seçkilər yolu ilə dəyişək. İndi əsas məqsəd budur” –
Saakaşvili deyir. O, proseslərə qoşulmağa və gürcü xalqının, siyasi
spektrin vacib hesab etdiyi yerdə durmağa hazır olduğunu
bildirirb.
Mənbə:
Netgazeti