Xəbərlər
İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərinin qalibi İmamoğlu oldu
İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərinin rəsmi olmayan nəticələrine görə Cümhuriyyet Xalq Partiyası (CXP) ve İYİ Partiyanın namizedi Əkrəm İmamoğlu qələbə qazandı.

Mərkəzi Seçki Komissiyasının qərarı çərçivəsində İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində rəsmi olmayan ilkin nəticələrə görə, Əkrəm İmamoğlu 4 milyon 741 min 868, Binəli Yıldırım isə 3 milyon 935 min 453 səs topladı. Buna görə İmamoğlunun səs nisbəti 54,21 faiz, Yıldırımın səs nisbəti isə 44,99 faiz təşkil etdi.

Səaddət Partiyasının İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Nəcdət Gökçinar 47 min 829, Vətən Partiyasının namizədi Mustafa İlkər Yücəl isə 14 min 545 səs topladılar.

Xatırladaq ki, mayın 6-da Mərkəzi Seçki Komissiyası martın 31-də keçirilən yerli seçkilərdən sonra Ədalət və İnkişaf Partiyasının etirazına əsasən İstanbul böyükşəhər bələdiyyə seçkilərinin təkrar keçirilməsinə dair qərar qəbul etmişdi.

Seçkidə Cumhur İttifaqının (AK Partiya) namizədi Binəli Yıldırım, Millət İttifaqının (CXP) namizədi Əkrəm İmamoğlu, Səaddət Partiyasının namizədi Nəcdət Gökçınar və Vətən Partiyasının namizədi Mustafa İlkər Yücel yarışmışdı.

Mənbə: trt.net.tr
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
“Əsas mövzularla bağlı razılığa nail oluruq və deyə
bilərəm ki, Parlament çoxluğu əsla dağılmayacaq”, –
bu barədə bəyanatı Parlament çoxluğunun lideri Mamuka Mdinaradze
partiya iclası başa çatdıqdan sonra verib.

“Əsas mövzularla bağlı razılığa nail oluruq və deyə bilərəm ki, Parlament çoxluğu əsla dağılmayacaq”, – bu barədə bəyanatı Parlament çoxluğunun lideri Mamuka Mdinaradze partiya iclası başa çatdıqdan sonra verib.

“Demokratik hərəkat – Vahid Gürcüstan”
partiyasının lideri Nino Burcanadzenin dediyinə görə, Moskvada
keçirdiyi hər görüşdə həkim Vaja Qaprindaşvilinin azad edilməsi
məsələsini müzakirə edib.

“Demokratik hərəkat – Vahid Gürcüstan” partiyasının lideri Nino Burcanadzenin dediyinə görə, Moskvada keçirdiyi hər görüşdə həkim Vaja Qaprindaşvilinin azad edilməsi məsələsini müzakirə edib.

Fransada, Alp dağlarında Rusiya Hərbi
Kəşfiyyat Xidmətinin agentlərinin bazası aşkarlanıb.
Fransada, Alp dağlarında Rusiya Hərbi Kəşfiyyat Xidmətinin agentlərinin bazası aşkarlanıb.
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq
Xidmətinin əməkdaşları dövriyyəyə külli miqdarda saxta pul buraxma
ittihamı ilə iki nəfər xarici ölkə vətəndaşını
saxlayıblar.
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları dövriyyəyə külli miqdarda saxta pul buraxma ittihamı ilə iki nəfər xarici ölkə vətəndaşını saxlayıblar.
Həddi-büluğa
çatmamış şəxslərin trefikinqi ilə bağlı valideyn və müəllimlər
saxlanılıb.
Həddi-büluğa çatmamış şəxslərin trefikinqi ilə bağlı valideyn və müəllimlər saxlanılıb.
Dmanisi rayonunda 20 noyabrda yaralanan 29
yaşlı kişi Qela Osepaşvili bir neçə gün əvvəl xəstəxanada dünyasını
dəyişib.

Dmanisi rayonunda 20 noyabrda yaralanan 29 yaşlı kişi Qela Osepaşvili bir neçə gün əvvəl xəstəxanada dünyasını dəyişib.

2018-2019-cu
ildə Sosial Xidmət Agentliyinə erkən evliliklə bağlı cəmi 195 nəfər
müraciət edib.
2018-2019-cu ildə Sosial Xidmət Agentliyinə erkən evliliklə bağlı cəmi 195 nəfər müraciət edib.
Gürcüstanda bir il yarım müddət ərzində
(2018-ci il və 2019-cu ilin yanvar-iyunu) 84 nəfər iş qəzası
nəticəsində dünyasını dəyişib.
Gürcüstanda bir il yarım müddət ərzində (2018-ci il və 2019-cu ilin yanvar-iyunu) 84 nəfər iş qəzası nəticəsində dünyasını dəyişib.