İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərinin qalibi İmamoğlu oldu
İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərinin rəsmi olmayan nəticələrine görə Cümhuriyyet Xalq Partiyası (CXP) ve İYİ Partiyanın namizedi Əkrəm İmamoğlu qələbə qazandı.

Mərkəzi Seçki Komissiyasının qərarı çərçivəsində İstanbulda keçirilən təkrar bələdiyyə seçkilərində rəsmi olmayan ilkin nəticələrə görə, Əkrəm İmamoğlu 4 milyon 741 min 868, Binəli Yıldırım isə 3 milyon 935 min 453 səs topladı. Buna görə İmamoğlunun səs nisbəti 54,21 faiz, Yıldırımın səs nisbəti isə 44,99 faiz təşkil etdi.

Səaddət Partiyasının İstanbul Böyükşəhər Bələdiyyə sədrliyinə namizədi Nəcdət Gökçinar 47 min 829, Vətən Partiyasının namizədi Mustafa İlkər Yücəl isə 14 min 545 səs topladılar.

Xatırladaq ki, mayın 6-da Mərkəzi Seçki Komissiyası martın 31-də keçirilən yerli seçkilərdən sonra Ədalət və İnkişaf Partiyasının etirazına əsasən İstanbul böyükşəhər bələdiyyə seçkilərinin təkrar keçirilməsinə dair qərar qəbul etmişdi.

Seçkidə Cumhur İttifaqının (AK Partiya) namizədi Binəli Yıldırım, Millət İttifaqının (CXP) namizədi Əkrəm İmamoğlu, Səaddət Partiyasının namizədi Nəcdət Gökçınar və Vətən Partiyasının namizədi Mustafa İlkər Yücel yarışmışdı.

Mənbə: trt.net.tr
Print