Türkiyə polisi İstanbulda 270 milyon ABŞ dolları həcmində saxta əsginaslar müsadirə edib
Türkiyə polisi İstanbulda 270 milyon ABŞ dolları həcmində saxta əsginaslar müsadirə edib.

Türkiyə mətbuatının məlumatına görə, İstanbuldakı nəşriyyatlardan birində xüsusi əməliyyat həyata keçirib. Hüquq mühafizəçiləri nəşriyyatda saxta əsginasların çap olunduğu otaq aşkarlayıblar.

Türkiyə polisinin bildirdiyinə görə, aşkarlanmış saxta əsginasların miqdarı ölkə tarixində rekorddur.

Saxta dollar hazırlanması faktı ilə bağlı olaraq altı nəfər saxlanılıb.

Mənbə: Birinci Kanal
Print Email
FaceBook Twitter Google