Liviya sahillərində qəzaya uğrayan gəmidə 150 nəfərin öldüyü ehtimal olunur
Liviya sahillərində qəzaya uğrayan gəmidə 150
nəfərin öldüyü ehtimal olunur.
"Marneul" radiosu azertac.az-a istinadla xəbər
verir ki, bu məlumatı BMT-nin Qaçqınların İşi üzrə Ali
Komissarlığının rəsmi nümayəndəsi verib.
Məlumatda bildirilir ki, gəmidə olan daha 150 nəfəri xilas etmək
mümkün olub. Bundan əvvəl də BMT-nin Qaçqınların İşi üzrə Ali
Komissarlığının “Twitter” səhifəsində qanunsuz miqrantları daşıyan
gəminin Liviyanın Homs şəhərinin sahillərində qəzaya uğradığı
bildirilib. Əlavə edilib ki, bu qəza nəticəsində 100-dən çox insan
həlak olub, 140 miqrant isə xilas edilərək sahilə
çatdırılıb.