Moskvadan Yerevana uçan təyyarə reysdən çıxarıldı
Moskva–Yerevan reysi ilə uçan Rusiyanın
“Nordvind” hava yollarına aid olan təyyarə reysdən
çıxarılıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə təyyarənin komandiri qəfil
qərar qəbul edib.
O, açıqlanmayan səbəbdən sərnişinləri salondan düşürüb və hava
gəmisini dayanacağa qaytarıb.
Hava yollarından bildirilib ki, sərnişinlər başqa təyyarə ilə
göndəriləcəklər.