Azərbaycanda silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirilib
Azərbaycan Baş Mütəşəkkil Cinayətkarlıqla
Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində qanunsuz
olaraq odlu silah-sursat gəzdirən şəxslərə qarşı bir neçə uğurlu
əməliyyat tədbiri həyata keçirilib.
Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən
verilən məlumata görə, daxil olan məlumat əsasında Şirvan şəhər
sakini Nadir Babayev saxlanılıb.
Onun əlindəki idman çantasına baxış keçirilən zaman 1 ədəd
“Kalaşnikov” tipli avtomat silah, daraq və 7 ədəd patron aşkar
olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ona
məxsus olduğunu etiraf edib.
Baş İdarə əməkdaşlarının Şirvan şəhərində keçirdikləri növbəti
əməliyyat tədbiri nəticəsində şəhər sakini Amid Abdullayev də
saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd
istifadəyə yararlı “Makarov” tipli tapança aşkar olunaraq
götürülüb.
Qeyd edilən hər 2 faktla bağlı Baş İdarədə cinayət işləri
başlanılıb.
Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs
qətimkan tədbirləri seçilib.
Mənbə: report.az