İstanbulda hoteldə yanğın: Turistlər xəsarət alıb
İstanbulda Fatih rayonunda hotellərdən birində yanğın başlayıb.

Marneulifm Trend-ə istinadən bildirir ki, yanğın nəticəsində tüstüdən zəhərlənənlər olub. Zəhərlənənlərin əcnəbilər olduğu qeyd edilir, lakin onların vətəndaşlığı barədə məlumat verilmir. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.

Hazırda hotelin ərazisi nəzarətə götürülüb, hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Yanğının hansı səbəbdən baş verməsi hələ məlum deyil.

Print Email
FaceBook Twitter Google