Ağlasığmaz qətl hadisəsi: iki uşağı zorlayıb, başını kəsdilər
Hindistanda ağlasığmaz qətl hadisəsi törədilib.

Marneulifm haberler-ə istinadla xəbər verir ki, Hindistanın Bihar ştatının Katihar şəhərinin yaxınlığındakı kəndlərin birində iki azyaşlı qız zorlanıb.

Əmiqızı olan azyaşlılar zorlandıqdan sonra qətlə yetiriliblər. Belə ki, uşaqları zorlayan şəxslər onların başını kəsiblər. Ölənlərin yaxınlarının dediyinə görə onlar gül dərmək üçün evdən çıxıb, bir daha geri qayıtmayıblar.

Cinayətlə bağlı 3 nəfər şübhəli kimi axtarışa verilib. Onlardan ikisi saxlanılsa da, biri hələ də tapılmayıb.

Qeyd edək ki, əhalisinin sayına görə siyahıda ikinci yeri tutan Hindistan uşaq təcavüzlərinin ən çox baş verdiyi ölkələrdəndir.

Print Email
FaceBook Twitter Google