Sakit Okeanda güclü zəlzələ baş verib
Solomon adaları dövlətinə məxsus Santa Krus arxipelaqında Utupua adasının qərb sahillərində okeanda 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Marneulifm xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Milli seysmolojı xidməti bildirib.

Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 01:05-də başlayıb. Yeraltı təkanların episentri Utupua adasının sahil zolağından 50 kilometr şimal-qərbdə, ocağı isə isə 77 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib, sunami təhlükəsi elan olunmayıb.

Print Email
FaceBook Twitter Google