Parisdə dörd polis əməkdaşı bıçaqlanaraq öldürülüb
Parisdə polis qərargahının işçisi dörd polis
əməkdaşını bıçaqlayaraq öldürüb, özünü isə başqa bir polis əməkdaşı
güllələyib.
Oktyabrın 3-də baş vermiş hücumun motivi bəlli deyil. Hadisə Fransa
paytaxtının mərkəzində, Notr-Dam Kilsəsi yaxınlığında baş
verib.
Təhqiqatçılar hücuma iş yerində mübahisənin səbəb olmasından
şübhələnirlər. Bu, son illər Fransa polisində ən çox ölümə səbəb
olmuş insidentdir.
İdarənin ətrafı, yaxınlıqdakı metro stansiyası təhlükəsizlik
səbəbilə bağlanıb.
Polisin sözçüsü insidenti şərh etməyib.
Polisdəki mənbələrin bildirməsinə görə, hücum edən polis binasında
administrativ vəzifədə çalışırmış, ancaq bunu təsdiqlətmək mümkün
olmayıb.
Mənbə: azadliq.org