"Binə" ticarət mərkəzindəki yanğın nəticəsində 3 nəfər xəsarət alıb (VİDEO/FOTO)
Bakının Qaradağ rayonu ərazisində yerləşən "Binə" ticarət mərkəzində güclü yanğın baş verib. Yanğın nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

APA-nın məlumatına görə, bu barədə hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım briqadasının həkimləri bildirib.

Xəsarət alanlar sahibkarlardır. Onlar yanan mağazalardan əşyaları çıxaran zaman tüstüdən zəhərlənib və ya yanıq xəsarətləri alıblar. Həmin şəxslərə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib.

Yanğın baş verən əraziyə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

İlkin məlumata görə, yanğın ticarət mərkəzinin paltarlar satılan 3-cü sırasından başlayıb, alov burada bir neçə mağazanı bürüyüb və digər sıralara doğru irəliləyib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Print Email
FaceBook Twitter Google