Putin ad günündə öz əmək haqqını artırıb
Rusiya Federasiyasının prezidenti Vladimir Putin ad günündə Baş nazir Dmitri Medvedevin və özünün əmək haqqını artırıb. Əmək haqlarının artırılması Putinin sərəncamına əsasən nəzərə alınıb. “Vedomost”un məlumatına görə, artım 4,3% təşkil edib və inflyasiya ilə əlaqədardır.

Prezident və Baş nazirdən əlavə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhlükəsizlik Xidməti, “Rosqvardiya”, Xarici Kəşfiyyat, Mühafizə və Feldyeger Xidməti rəhbərlərinin də əmək haqqı artıb. Bundan əlavə İstintaq Komitəsinin və Baş Prokurorluğun rəhbərləri Aleksandr Bastrikin və Yuri Çaykanın da maaşları artırılıb.

“Ria Novosti” məlumat verir ki, Putinin mətbuat katibi Dmitri Peskov əmək haqqının artırılmasının “planlı” olduğunu bildirib.
Putinin keçən il olan əmlak bəyannaməsinə əsasən onun gəliri 8,65 milyon rubl (təqribən 133,000 ABŞ dolları) olub. Həmçinin, 77 və 153,7 kvadrat metr sahəsi olan yaşayış evləri və iki 18 kvadrat metrlik qaraj Putinin əmlakına daxildir. Putinin avtoparkında iki nadir avtomobil “Qaz m21”, “Niva” və qoşqulu “Skip” yer alır.

“Mütəşəkkil cinayət və rüşvətxorluğun araşdırılması layihəsinin” (OCCRP) tədqiqi nəticəsində aydın olub ki, 1970-ci illərdən milyardlarla dollar dövriyyəsi olan dəniz şirkətləri Putinin dostu, rus biznesmeni Serqey Rolduqinə aiddir. Hesab edirlər ki, Rolduqinin əmlakında olan pul Putinə məxsusdur – “Mütəşəkkil cinayət və rüşvətxorluğun araşdırılması layihəsi”nin tədqiqi nəticəsində hesab edilir ki, Rusiya prezidenti real milyonçudur və onun əmlakı 2 milyard dollar təşkil edir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google