Bakıda Azərbaycan və Gürcüstan daxili işlər nazirlərinin görüşü olub
Gürcüstanın Daxili İşlər naziri,
general-leytenant Vaxtanq Qomelaurinin rəhbərlik etdiyi nümayəndə
heyəti Azərbaycanın Daxili İşlər naziri, general-polkovnik Vilayət
Eyvazov görüşüb.
"Marneuli" radiosu Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN)
Mətbuat xidmətinə istinadən xəbər verir ki, qonaqları salamlayan
azərbaycanlı nazir V.Eyvazov gürcü həmkarı Vaxtanq Qomelaurini yeni
vəzifəyə təyin olunması münasibətilə təbrik edib və əlavə edib ki,
azərbaycan və gürcü xalqları arasındakı dostluğu qədim tarixi
köklərə malikdir.
Daxili İşlər naziri Vaxtanq Qomelauri isə öz növbəsində səmimi
qəbula, ətraflı məlumata və göstərilən qonaqpərvərliyə görə
təşəkkür edib, mehriban qonşu və yaxın dost olan Azərbaycanla bütün
sahələrdə, o cümlədən daxili işlər orqanları arasında əlaqələrin
bundan sonra daha da inkişaf etdirilməsində maraqlı olduqlarını
bildirib.
Daxili işlər nazirlikləri arasında əməkdaşlığın dahada
genişləndirilməsi haqda müzakirələr aparılıb.
Səmimilik və dostluq şəraitində keçən görüşdə tərəfləri
maraqlandıran bir sıra digər məsələlər də müzakirə
olunub.