ABŞ Türkiyəyə iqtisadi sanksiyalar təyin edəcək
ABŞ prezidenti Donald Trampın administrasiyası Suriyaya girdiyinə görə Ankaraya iqtisadi sanskiyalar qoyacaq – bu haqda məlumatı “Roeters” yayımlayır.

Agentliyin məlumatına görə, sanksiyalar güman ki, bu həftə qüvvəyə minəcək.

ABŞ-ın hərbi vəzifəliləri bildirirlər ki, kürtlərə qarşı Türkiyənin hücumunu dayandırmaq üçün Vaşinqton hərbi qüvvədən istifadə etməyi heç vaxt müzakirə etməyib və Tramp bazar günü Pentaqona tapşırıq verib ki, Şimali Suriyadan Amerika əsgərlərinin çıxarılmasını təmin etsin.

ABŞ-ın Xəzinə Departamentinin rəhbəri Stiven Mnuçinin sözlərinə görə, Tramp Türkiyəyə “çox ciddi sanksiyalar” hazırlayıb.

Prezident Donald Tramp isə bildirib ki, sanksiyalar məsələsi ilə bağlı Konqresdə də “böyük konsensus” var.

ABŞ-ın Türkiyəyə hazırladığı konkrest sanksiyalar hələ ki, məlum deyil.

ABŞ-ın nümayədnələr palatasının xarici işlər komitəsinin sədri Eliot Engelin və komitənin Respublikaçı üzvü Mayk Makkaulun hazırlayıb təqdim etdiyi qanunlayihəsinin məzmunu məlumdur. Qanunlayihəsi Suriyada gedən hərbi əməliyyatlara qoşulmuş tükr vəzifəlilərinin və Türkiyənin Müdafiə sektoru ilə bağlı banklara qarşı sanksiyaların təyin edilməsini nəzərdə tutur.

Qanunlayihəsinə əsasən ABŞ Türkiyəyə silah ixracını dayandırmalıdır.

ABŞ tərəfindən sanksiyaların mümkün təyin edilməsi məsələsinə şərh bildirərkən Türkiyənin Xarici İşlər Nazirlyii bildirib ki, Ankara məqsədi terorizmə qarşı mübarizədə onlara mane olmaq olan heç bir hərəkəti cavabsız qoymayacaq.

Print Email
FaceBook Twitter Google