Almaniyada keçirilən çempionatda Gürcüstanlı idmançı qələbə qazanıb (FOTO)
23:12 / 19.10.2019
Almaniyanın Nordhorn şəhərində keçirilən
“Dünya çempionatı”nda Gürcüstan idmançısı Özcan Əhmədov WFMC-nin
dünya çempionluğunu qazanıb.Bu
haqda məlumatı "Gorarxı" idman klubunun baş məşqçisi və
WFMC-Gürcüstan təşkilatının rəhbəri Tofiq Əkbərov sosial şəbəkədə
paylaşıb. Onun yazdığı məlumata görə, Özcan Əhmədov 55 kq çəki
dərəcəsində mübarizə qatılıb və bütün rəqiblərinə qalib gələrək
çempion olub.
Onu da əlavə edək ki, 18-19 oktyabr tarixində Almaniyanın Nordhorn
şəhərində keçirilən “Dünya çempionatı”nda Gürcüstan idmançıları da
iştirak edirlər. Yarış Dünya Döyüş Növləri Federasiyasının
təşkilatçılığı ilə həyata keçirilir və yarış Kikboks, Tayboks, K1
və digər idman növləri üzrə keçirilir.