Rusiya Ermənistana etiraz notası göndərəcək
Rusiya ORSIS şirkətinin iştirak etdiyi silah
tenderinin pozulması ilə əlaqədar olaraq, Ermənistana etiraz notası
göndərəcək.
"Marneuli" radiosu oxu.az-a istinadən xəbər verir ki, Rusiya
Ermənistanın Müdafiə naziri David Tonoyandan məsələnin həll
olunmasını istəyir.
Nota Rusiyanın Sənaye və Ticarət nazirinin müavini Oleq Ryazançev
tərəfindən göndərilib. Notada deyilir ki, ORSIS şirkətinin tenderdə
iştirak ərizəsi heç bir səbəb olmadan rədd edilib.
Şirkətin özü də Ermənistan Silahlı Qüvvələrinin "etibarsız
təchizatçılar siyahısı"na salınıb.
Qeyd edək ki, Rusiya şirkətinin qatıldığı bir neçə milyon dollar
dəyərindəki silah tədarükü tenderi Ermənistan Müdafiə Nazirliyi
tərəfindən uğursuz elan olunub.