"Bu, terrorizmlə ortaq mübarizəmizdə bir dönüş nöqtəsi oldu", - R.T.Ərdoğan
"Bu, terrorizmlə ortaq mübarizəmizdə bir dönüş nöqtəsi oldu", - “Twitter” sosial şəbəkəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bağdadinin öldürülməsi xəbərinin şərh edərkən deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan terror təşkilatı DAEŞ başçısı Bağdadinin öldürülməsi xəbərinin məmnuniyyətlə qarşılandığını bildirib.

“Twitter” sosial şəbəkəsində mövzu ilə bağlı açıqlama verən Ərdoğan deyib: “DAEŞ başçısının öldürülməsi terrorizmlə ortaq mübarizəmizdə bir dönüş nöqtəsi oldu. İstər DAEŞ, istər PKK/YPQ və istərsə də digər terror təşkilatları ilə mübarizədə ən ağır bədəli ödəyən Türkiyə bu nəticəni məmnuniyyətlə qarşılayır. İttifaq ruhu içində terrorla qətiyyətli bir mübarizə bütün bəşəriyyətə sülh gətirəcək”.

Mənbə: trt.net.tr
Print