Xəbərlər
Bakıda Gürcüstanın saxta sürücülük vəsiqəsini hazırlayan şəxslər saxlanılıb (VİDEO)
Bakıda Gürcüstan Respublikasının saxta sürücülük vəsiqəsini hazırlayan dəstənin üzvləri saxlanılıb.

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ölkə ərazisində Gürcüstan Respublikasının saxta sürücülük vəsiqəsi ilə avtomobil idarə edən şəxs tutulub.

Əldə edilmiş əməliyyat məlumatı nəticəsində keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Elçin Adıgözəlov tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd AH 14563430 seriyalı nömrəli Gürcüstan Respublikasının saxtalaşdırılmış sürücülük vəsiqəsi aşkar olunub. Keçirilən əlavə əməliyyat tədbirləri ilə Elçin Adıgözəlovun saxta vəsiqəni Binəqədi rayon sakini əvvvəllər məhkum olunmuş Eyvaz Əliyevdən 150 manata aldığı müəyyən edilib. Əməliyyat nəticəsində Eyvaz Əliyev də tutulub və o, ifadəsində saxta vəsiqəni Ramin adlı şəxsdən 100 manata aldığını bildirib. Keçirilən əlavə əməliyyat zamanı saxta sürücülük vəsiqəsini hazırlayan Binəqədi rayon sakini Ramin Ağayev də tutularaq istintaqa təqdim edilib. Onun yaşadığı evə baxış zamanı saxta vəsiqələr hazırlayan avadanlıqlar aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı hər 3 şəxs barəsində toplanan materiallar müvafiq prosessual qərar verilməsi üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə göndərilib.

Mənbə: apa.az
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
Tsalka rayonunun Artsiviani kəndində qətl
hadisəsi baş verib.
Tsalka rayonunun Artsiviani kəndində qətl hadisəsi baş verib.
Əfqanistanın Bəhram bazasında baş verən terror
aktı zamanı beş gürcü hərbiçisi yaralanıb.
Əfqanistanın Bəhram bazasında baş verən terror aktı zamanı beş gürcü hərbiçisi yaralanıb.
Daxili İşlər Nazirliyi “Avropalı Gürcüstanın”
üzvləri Qiqi Uqulava və Qoqa Qabaşviliyə hücum faktı ilə bağlı
zorakılıq maddəsi ilə istintaqa başlayıb.
Daxili İşlər Nazirliyi “Avropalı Gürcüstanın” üzvləri Qiqi Uqulava və Qoqa Qabaşviliyə hücum faktı ilə bağlı zorakılıq maddəsi ilə istintaqa başlayıb.
Gürcüstanda zəlzələ baş verib. Bu gün, 11
dekabr tarixində Tbilisi vaxtı ilə 10:30-da Laqodexi ərazisində
zəlzələ baş verib.
Gürcüstanda zəlzələ baş verib. Bu gün, 11 dekabr tarixində Tbilisi vaxtı ilə 10:30-da Laqodexi ərazisində zəlzələ baş verib.
Marneuli bələdiyyəsi ərazisində fəaliyyət
göstərən uşaq bağçalarında qış tətili 31 dekabrdan
başlayacaq.
Marneuli bələdiyyəsi ərazisində fəaliyyət göstərən uşaq bağçalarında qış tətili 31 dekabrdan başlayacaq.
“Mtavari” teleşirkətinin məlumatına görə,
Qarecinin Udabno monastırı yaxınlığında bir neçə gün əvvəl hadisə
baş verib.

“Mtavari” teleşirkətinin məlumatına görə, Qarecinin Udabno monastırı yaxınlığında bir neçə gün əvvəl hadisə baş verib.

Beynəlxalq İnsan Hüquqları Müdafiəsi günü ilə
bağlı Xalq Müdafiəçisinin nümayəndələri Marneuli meriyasında görüş
keçiriblər.

Beynəlxalq İnsan Hüquqları Müdafiəsi günü ilə bağlı Xalq Müdafiəçisinin nümayəndələri Marneuli meriyasında görüş keçiriblər.