Xəbərlər
Gürcüstanlı idmançıları Turan döyüş sənəti üzrə ikinci dünya çempionatında iştirak edəcəklər
Gürcüstanlı idmançıları 22-24 noyabr tarixlərində Bakıda keçiriləcək “Alpaqut” Turan döyüş sənəti üzrə ikinci dünya çempionatında iştirak edəcəklər. Bu haqda məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı “Sayokan” federasiyasının prezidenti Faiq Məmmədov verdi.

Onun sözlərinə görə, çempionata Gürcüstanın “Muaytay”, “Savate” və “Sayokan” federasiyalarını təmsil edən 17 idmançı qatılacaq.

"Bakıda keçiriləcək yarışda Marneulidən bir idmançı iştirak edəcək. O, 47 kq çəki dərəcəsində yarışacaq Eldar Qədimovdur. Digər 16 idmançı isə Tbilisidəndir. Bakıda keçiriləcək çempionata ümumilikdə 21 nəfər qatılacaq. Ümid edirik ki, bu il də vətənə qələbə ilə qayıdacağıq", – Faiq Məmmədov dedi.

Faiq Məmmədov onu da əlavə etdi ki, 2018-ci ildə Bakıda keçiriləcək “Alpaqut” Turan döyüş sənəti üzrə birinci dünya çempionatında Gürcüstan idmançıları vətənə dünya çempionu olaraq qayıtdılar.

"Qələbə ilə qayıdanlar arasında Marneulili idmançılarda var idi. Çox təəssüflər olsun ki, o zaman Marneulidən olan idmançılara meriya tərəfindən heç bir mükafat verilmədi", – Faiq Məmmədov dedi.

Xatırladaq ki, yarış döyüş sənətinə daxil olan beş - Aypara, Batur, Caymaz, Qurşaq və Kaçut sistemləri üzrə təşkil olunacaq.

İyirmi ölkədən idmançıların mübarizə aparacağı yarışın açılış mərasimi noyabrın 22-də saat 16:00-da “Sərhədçi” İdman Olimpiya Mərkəzində başlayacaq.

FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
Tsalka rayonunun Artsiviani kəndində qətl
hadisəsi baş verib.
Tsalka rayonunun Artsiviani kəndində qətl hadisəsi baş verib.
Əfqanistanın Bəhram bazasında baş verən terror
aktı zamanı beş gürcü hərbiçisi yaralanıb.
Əfqanistanın Bəhram bazasında baş verən terror aktı zamanı beş gürcü hərbiçisi yaralanıb.
Daxili İşlər Nazirliyi “Avropalı Gürcüstanın”
üzvləri Qiqi Uqulava və Qoqa Qabaşviliyə hücum faktı ilə bağlı
zorakılıq maddəsi ilə istintaqa başlayıb.
Daxili İşlər Nazirliyi “Avropalı Gürcüstanın” üzvləri Qiqi Uqulava və Qoqa Qabaşviliyə hücum faktı ilə bağlı zorakılıq maddəsi ilə istintaqa başlayıb.
Birinci kanalın keçmiş
jurnalisti Huri Əsgərova “Era” teatrının yeni üzvü
olub.
Birinci kanalın keçmiş jurnalisti Huri Əsgərova “Era” teatrının yeni üzvü olub.
Gürcüstanda zəlzələ baş verib. Bu gün, 11
dekabr tarixində Tbilisi vaxtı ilə 10:30-da Laqodexi ərazisində
zəlzələ baş verib.
Gürcüstanda zəlzələ baş verib. Bu gün, 11 dekabr tarixində Tbilisi vaxtı ilə 10:30-da Laqodexi ərazisində zəlzələ baş verib.
Marneuli meriyasına müqavilə əsasında yeni
əməkdaş qəbul edəcəklər.
Marneuli meriyasına müqavilə əsasında yeni əməkdaş qəbul edəcəklər.
Marneuli
Bələdiyyə Məclisi 2020-ci ildə 2019-cu illə müqayisədə 18 ton daha
az yanacaq istifadə edəcək.
Marneuli Bələdiyyə Məclisi 2020-ci ildə 2019-cu illə müqayisədə 18 ton daha az yanacaq istifadə edəcək.
Marneuli bələdiyyəsi ərazisində fəaliyyət
göstərən uşaq bağçalarında qış tətili 31 dekabrdan
başlayacaq.
Marneuli bələdiyyəsi ərazisində fəaliyyət göstərən uşaq bağçalarında qış tətili 31 dekabrdan başlayacaq.