Xəbərlər
Gürcüstan idmançıları Bakıda keçirilən çempionatdan vətənə qələbə ilə qayıdıblar (FOTO)
Azərbaycanın paytaxtı Bakı şəhərində təşkil olunmuş alpaqut Turan döyüş sənəti üzrə ikinci dünya çempionatına yekun vurulub. Yarış 22-24 noyabr tarixlərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilib.

Çempionata Gürcüstanın “Muaytay”, “Savate” və “Sayokan” federasiyalarını təmsil edən 17 idmançı qatılıb. Bu haqda məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı “Sayokan” federasiyasının prezidenti Faiq Məmmədov verdi.

Onun sözlərinə görə, yarışda iştirak edən idmançılardan 10-u vətənə medalla qayıdıb və medalçılardan biri isə Marneulili idmançıdır.

"Keçirilən çempionatda üç idmançı birinci, dörd idmançı ikinci və üç idmançı isə üçüncü yerə layiq görüldülər. Marneulidən olan idmançı, 47 kq çəki dərəcəsində yarışan Eldar Qədimov İran və Ukrayna idmançılarını məğlub etdi, yarım finalda isə Azərbaycanlı idmançıya məğlub olaraq üçüncü yerə çıxdı", – Faiq Məmmədov dedi.

Bakıda keçirilən yarışda 24 ölkədən 500-dən çox idmançı alpaqut döyüş sənətinin beş növü - aypara, batur, caymaz, qurşaq və kaçut üzrə mübarizə aparıb. Üç gün davam edən dünya çempionatının yekun nəticələrinə görə, Azərbaycan komandası ümumi hesabda birinci yeri tutub. Türkiyə komandası ikinci, İran alpaqutçuları isə üçüncü yerə layiq görülüblər.

Qeyd edək ki, alpaqut üzrə üçüncü dünya çempionatı 2020-ci ildə Türkiyədə keçiriləcək.

Xatırladaq ki, 2018-ci ildə Bakıda keçirilmiş alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatında Azərbaycan idmançıları komanda hesabında birinci, Türkiyə komandası ikinci, Gürcüstan və Qazaxıstan yığmaları isə üçüncü yeri tutmuşdular.


Warning: Invalid argument supplied for foreach() in /home/marneulifm/public_html/templates/default/html/com_content/article/default.php on line 166
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
Parlamentdə Ali
Məhkəmənin hakim namizədlərinə səs vermə prosesi
keçiriləcək.
Parlamentdə Ali Məhkəmənin hakim namizədlərinə səs vermə prosesi keçiriləcək.
Parlament ərazisində
keçirilən etiraz aksiyasının iştirakçıları və polis arasında kiçik
qarşıdurma baş verib.
Parlament ərazisində keçirilən etiraz aksiyasının iştirakçıları və polis arasında kiçik qarşıdurma baş verib.
Parlamentin qarşısında
baş verən qarşıdurma zamanı 12 nəfər həbs
edilib.
Parlamentin qarşısında baş verən qarşıdurma zamanı 12 nəfər həbs edilib.
ბორჯომსა და ბაკურიანს ევროპის 2025 წლის
ზამთრის ახალგაზრდული ოლიმპიური ფესტივალის მასპინძლობის კანდიდატი
ქალაქების სტატუსი მიენიჭათ,
ბორჯომსა და ბაკურიანს ევროპის 2025 წლის ზამთრის ახალგაზრდული ოლიმპიური ფესტივალის მასპინძლობის კანდიდატი ქალაქების სტატუსი მიენიჭათ,
Tbilisidə Marcanişvili metrosunun yanında iki
nəfər yaralanıb. Hadisə 11 dekabrda baş verib.
Tbilisidə Marcanişvili metrosunun yanında iki nəfər yaralanıb. Hadisə 11 dekabrda baş verib.
Tsalka rayonunun Artsiviani kəndində qətl
hadisəsi baş verib.
Tsalka rayonunun Artsiviani kəndində qətl hadisəsi baş verib.
Əfqanistanın Bəhram bazasında baş verən terror
aktı zamanı beş gürcü hərbiçisi yaralanıb.
Əfqanistanın Bəhram bazasında baş verən terror aktı zamanı beş gürcü hərbiçisi yaralanıb.
Daxili İşlər Nazirliyi “Avropalı Gürcüstanın”
üzvləri Qiqi Uqulava və Qoqa Qabaşviliyə hücum faktı ilə bağlı
zorakılıq maddəsi ilə istintaqa başlayıb.
Daxili İşlər Nazirliyi “Avropalı Gürcüstanın” üzvləri Qiqi Uqulava və Qoqa Qabaşviliyə hücum faktı ilə bağlı zorakılıq maddəsi ilə istintaqa başlayıb.