Sevgilisi ilə dalaşıb burnunu dişlədi və yedi - FOTO
Qısqanc oğlan sevgilisinin burnunu dişləyərək
qoparıb. Dəhşətli hadisə Kanadanın Toronto şəhərində baş
verib.
Bu barədə “The Sun” xəbər yayıb.
Məlumata görə, Nik Qrevel 24 yaşlı sevgilisi Ellison Danilkonu
hamam otağına salaraq, ona hücum edib.
Cütlük Yeni ili qeyd edirmiş. Bir müddətdən sonra onlar arasında
qısqanclıq zəminində münaqişə yaşanıb. Qrevel sevgilisinin
Kosta-Rikaya səfər etməsini istəməyib.
“Məni divara sıxdı, qışqırırdım, ancaq o buraxmırdı, sonra isə
burnumu dişləyib qopardı”, - deyə zərərçəkən danışıb.
Elisson onun əlindən zorla xilas olaraq qonşulara sığınıb. Sonra
qız qan içində xəstəxanaya aparılıb.
Polislər qoparılmış burunu tapa bilməyiblər.
“O, ya onu yeyib, ya da unitaza atıb”, - deyə qız bəyan edib.
Hazırda qızı burnunun bərpası üçün rekonstruktiv plastik əməliyyat
gözləyir.
Nik Qrevelə qarşı isə cinayət işi qaldırılıb.