Paşinyanın korteji avtomobil qəzasında hamilə qadını öldürüb
Azatutyun.am [Radio Armeniya] xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın sözçüsü Taron Çaxoyanın sözlərinə görə, Nikol Paşinyan şəxsən 28 yaşlı hamilə qadının Sona Mnatsakanyanın atasına zəng edərək başsağlığı verib.

Sona Mnatsakanyan aprelin 26-da İrəvanda baş nazirin kortejinin avtomobillərindən biri ilə toqquşması nəticəsində həlak olub. Həkimlər onun övladını da xilas edə bilməyiblər.

Nəşr yazır ki, baş nazirin dəftərxanası cəmi 24 saat sonra qadına çırpılan avtomobilin Paşinyanın kortejinə aid olduğunu təsdiqləyib. Baş nazirin özü, idarənin nümayəndəsinin dediyi kimi, hadisə baş verən zaman hadisə yerindən 100-150 metr aralıda olsa da, hadisədən gec xəbər tutub.

İstintaq Komitəsi də təsdiq edir ki, avtomobilin sükanı arxasında olan zabit hadisə yerinə hadisədən cəmi iki saat sonra gəlib. Rəsmi məlumata görə, o, hadisə yerini tərk etmək, yol hərəkəti təhlükəsizliyi qaydalarını pozmaq və ehtiyatsızlıqdan adam öldürmək ittihamı ilə saxlanılıb.

Mənbə: Netgazeti


Print Email
FaceBook Twitter Google