“Rusiyanın Ukraynadakı hərbi əməliyyatının nə qədər
davam edəcəyini heç kim bilmir. Çünki, müharibənin uzunmüddətli
olması üçün Moskvanın böyük resursları var”.
Bunu Almaniya kansleri Olaf Şolts “CBS”ə müsahibəsində
bildirib.
Kansler bildirib ki, Rusiya hakimiyyəti Ukrayna ərazisinin bir
hissəsini ələ keçirmək ideyasını həyata keçirə bilməyəcəklərini
başa düşəndə münaqişə sona çatacaq.
Şolts vurğulayıb ki, Qərb lazım olduğu müddətdə Ukraynanı
dəstəkləməyə qadirdir və bunun üçün Rusiyaya qarşı tətbiq edilən
bütün sanksiyaların fəaliyyətini davam etdirməsi vacibdir.