Somalinin paytaxtındakı partlayışda azı yüz nəfər ölüb
Somalinin paytaxtı Moqadişo şəhərində şənbə günü iki güclü partlayış baş verib. Yerli hakimiyyət orqanları ən azı 100 nəfərin öldüyünü, 300-dən çox insanın yaralandığını bildirir.

Partlayışda "Əl-Şəbab" dini qruplaşması şübhəli bilinir. Hər iki partlayış eyni yerdə-paytaxtın mərkəzində, insanların gur olan kəsişməsində, Təhsil Nazirliyinin binasının yanında baş verib.

Birinci, partlayıcı ilə doldurulmuş bir avtomobil partlayıb, ikinci partlayış isə polis və təcili yardım briqadasının hadisə yerənə gəlməsindən sonra baş verib.

Beş il əvvəl, 2017-ci il oktyabrın 14-də eyni qovşaqda baş verən partlayış nəticəsində 500-ə yaxın insan ölüb, 300 nəfər yaralanıb.

Somali prezidenti hadisəni "vəhşi və qorxaq terror hücumu" adlandırıb. O, hücumda “Əl-Şəbab”ı günahlandırıb. "Əl-Şəbab" adətən hücumlara görə məsuliyyəti üzərinə götürmür.

"Əl-Şəbab" "Əl-Qaidə" və "Boko Haram"la əlaqəli radikal cihadçı qrupdur. Onun yaraqlıları Somalinin kənd rayonlarının bir hissəsinə nəzarət edirlər. Bu təşkilatın indiyə qədər Somalidə çoxsaylı terror aktları həyata keçirdiyi, çoxsaylı mülki şəxsləri məhkəməsiz edam etdiyi, hərbi bazalara hücumlar planlaşdırdığı bildirilir.


Print Email
FaceBook Twitter Google