Rusiyada MiQ-31 qırıcısı qəzaya uğrayıb
Rusiyanın Primorsk diyarının Nadejda rayonunda "MiQ-31" qırıcı təyyarəsi qəzaya uğrayıb.

Rusiya KİV-ləri xəbər verir ki, bu barədə yerli fövqəladə hallar xidməti məlumat yayıb.

Bildirilib ki, hər iki pilot katapult edib.

Hazırda hadisənin başvermə şəraiti araşdırılır.

Rusiya Müdafiə Nazirliyindən isə vurğulanıb ki, qırıcı təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb.

Məlumatda uçuşun silah-sursatsız həyata keçirildiyi, təyyarəyə ziyan dəymədiyi də qeyd olunub.

Print Email
FaceBook Twitter Google