“Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə nüvə
silahından istifadə riski azalıb”.
UNIAN xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts “Funke”
nəşrinə müsahibəsində deyib.
O bildirib ki, bu, beynəlxalq ictimaiyyətin təcavüzkar dövlətə
təzyiqinin nəticəsidir:
“Beynəlxalq ictimaiyyətin
“qırmızı xətti”nə cavab olaraq Rusiya nüvə silahı ilə bağlı
hədələrini dayandırıb”.
O.Şolts həmçinin Rusiyanın savaşı dayandırmağının vacibliyini
vurğulayıb.
Kanslerin sözlərinə görə, Almaniya ABŞ-dan sonra Ukraynaya ən çox
dəstək verən dövlətdir:
“Biz Rusiya ilə NATO arasında
birbaşa müharibənin qarşısını almaq üçün mümkün olan hər şeyi
edirik. Rusiya-NATO toqquşması nəticəsində yalnız uduzanlar
olacaq”.