Polisin bazar ertəsi bildirdiyinə görə, həftə sonu Cənubi Afrika
qəsəbəsində silahlı şəxslərin ad günü qeyd edən bir qrup insanı
atəşə tutması nəticəsində 8 nəfər ölüb, 3 nəfər yaralanıb.
Ad günü qeyd edilən şəxs də cənubdakı keçmişdə adı Port Elizabet,
indi liman şəhəri Gberhada baş verən kütləvi atışma zamanı
öldürülənlər arasında olub.
"Bazar günü axşam ev sahibi ad gününü qeyd edəndə iki naməlum
silahlı şəxs həyətə girərək qonaqlara atəş açmağa başlayıb" - deyə,
polisin açıqlamasında bildirilib.
Polis silahlı şəxslərin "qonaqlara məhəl qoymadan atəş açıblar"
deyib və əlavə edib ki, "8 nəfər ölüb, 3 nəfər isə hələ də
xəstəxanada həyatları üçün mübarizə aparır. Ölənlər arasında ev
sahibi də var".
Hücumun səbəbi məlum deyil.
Hücumla bağlı istintaqa başlanıb və polis hadisəni törədənlərin
axtarışının davam etdiyini bildirib.
Cənubi Afrikada silahlı hücum tez-tez baş verir.
Keçən il Cənubi Afrikanın Yohannesburq və şərqdəki
Pitermartzburqdakı ayrı-ayrı barlarda təxminən 20 nəfərin ölümünə
səbəb olan silsilə atışmalar baş verib.